EN

COP29-a hazırlıq çərçivəsində nəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər keçirilib

Bakı. Trend:

COP29 konfransına hazırlıq tədbirləri çərçivəsində noyabrın 3-dənəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər həyatakeçirilib.

COP29 Azərbaycan Əməliyyat Şirkətindən Trend-ə bildirilib ki, konfransın keçiriləcəyigünlərdə şəhər nəqliyyatının effektiv təşkilini təmin etməkməqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlərNazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi birgəmonitorinqlər aparıb. Monitorinqlər saat 11:00-dan 13:10-dək davamedib və əsasən Heydər Əliyev prospekti, Zağulba yolu, Nərimanov,Xətai, Tbilisi, İnşaatçılar və Neftçilər prospektləri, TeymurElçin, Niyazi, Yusif Səfərov, Mehdi Hüseyn, Dənizkənarı, ZərifəƏliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Bakıxanov və qismənİstiqlaliyyət küçələrini əhatə edib. Monitorinq zamanı bu yollardanəqliyyatın hərəkətinə qismən məhdudiyyətlər tətbiq olunub.

Qeyd edək ki, cari ay ərzində aparılan nəqliyyat monitorinqlərizamanı COP29-a məxsus avtobus və avtomobillər, yanğınsöndürmə vətəcili tibbi yardım maşınları, eləcə də yüzlərlə COP29 könüllüsümüxtəlif ssenari və istiqamətlər üzrə nəqliyyatın hərəkəti üçünuğurla sınaqdan keçirilib.

Chosen
33
46
az.trend.az

10Sources