EN

Ərdoğan COP29-da iştirak etmək üçün Bakıya gələcək

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasında - COP29-da iştirak etmək üçün Azərbaycana səfərəgələcək.

Trend TürkiyəKİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə liderininnoyabr ayında nəzərdə tutulan səfərlərinin proqramındabildirilir.

Məlumata əsasən, Türkiyə Prezidenti 11-12 noyabr tarixlərindəCOP29-da iştirak etmək üçün Bakıda olacaq.

Qeyd edilir ki, konfransda Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşıƏminə Ərdoğanın himayəsi ilə həyata keçirilən “Sıfır TullantıLayihəsi” çərçivəsində bəzi tədbirlərin təşkili də nəzərdətutulur.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası birneçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Chosen
88
32
az.trend.az

10Sources