AZ

Rayon qeydiyyatı olan nəqliyyat vasitələrinin COP29 tədbiri zamanı Bakıya girişinə qadağa qoyulacaq?

Bakı.Trend:

Rayon qeydiyyatı olan avtonəqliyyat vasitələrinin COP29 tədbirizamanı Bakıya girişinə heç bir məhdudiyyıt qoyulmayacaq.

Trend xəbər verir ki, bunuCOP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planınıntəqdimatına dair brifinqdə Nəqliyyatın İntelektual İdarəetməMərkəzinin rəisi müavini Namidan Piriyev deyib.

O bildirib ki, həmin nəqliyyat vasitələri postlarda saxlanılıbbir-bir yoxlanılmayacaq.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası birneçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Seçilən
56
32
az.trend.az

10Mənbələr