AZ

Türkiyə COP29-da iqlim dəyişikliyi strategiyasını açıqlayacaq

Bakı. Trend:

Türkiyə 11-22 noyabr tarixlərində Azərbaycanda keçiriləcəkBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasında (COP29) 2053-cü ilə qədərUzunmüddətli İqlim Dəyişikliyi Strategiyası ilə bağlı qərarlarınıaçıqlayacaq.

Trend xəbərverir ki, bu barədə Türkiyənin ekologiya və şəhərsalma naziri MuratKurum deyib.

O bildirib ki, COP29-a kimi bu məsələ ilə bağlı “yol xəritəsi”hazırlanacaq.

“Bugünkü toplantımızda COP29 çərçivəsində aparılacaq müzakirə vətəşəbbüsləri qiymətləndirəcəyik. Eyni zamanda, rəqəmsallaşmatəşəbbüsünün ictimaiyyətlə paylaşılması məsələsinə dətoxunacağıq.

Hazırlayacağımız yol xəritəsi və strategiya ilə ölkəmizin qlobaliqlim böhranına qarşı güclü addımlar atmasına töhfə verəcəyik”, -Murat Kurum qeyd edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası birneçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Seçilən
41
23
az.trend.az

10Mənbələr