EN

AZIREX-2024: Azərbaycan Ordusunun şəxsi heyəti və döyüş gəmiləri İranın Ənzəli dəniz limanına gəliblər

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış hərbi və hərbi-texniki əməkdaşlığa dair birgə komissiyanın iclasının protokoluna əsasən, Azərbaycan və İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə AZIREX-2024 birgə taktiki təlimi keçiriləcək.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, noyabrın 2-də təlimdə iştirak etmək məqsədilə qonşu ölkəyə səfər etmiş Azərbaycan Ordusunun şəxsi heyəti və döyüş gəmiləri Ənzəli dəniz limanına gəliblər.

Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində keçiriləcək “Dənizdə axtarış-xilasetmə” təliminə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin 2 vahid gəmisi və 100-dən çox şəxsi heyəti qatılacaq.

Chosen
45
38
poliqon.az

10Sources