EN

Tramp 4 il əvvəl səhv etdiyini etiraf etdi

Keçmiş dövlət başçısı və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 4 il əvvəl seçkilərdə məğlub olduqdan sonra Ağ Evi tərk etməsinin səhv olduğunu bildirib. SİA xəbər verir ki, bu barədə siyasətçi Pensilvaniyadakı tərəfdarları qarşısında çıxışı zamanı danışıb. Tramp 2020-ci ildə ABŞ prezidentliyini tərk etməməli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, onun hakimiyyəti dövründə ölkədə “hər şey əla idi” və o vaxtkı administrasiya problemlərin həlli üçün çox yaxşı iş gördü. Xüsusilə, dövlət sərhədi ABŞ tarixində ən təhlükəsiz sərhədd idi.

Chosen
21
1
sia.az

4Sources