EN

"Zəfər Yolu"nda elektron tərəzi məntəqələrinin quraşdırılması işlərinə başlanılıb (FOTO)

Bakı. Trend:

Avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektrontərəzilərin quraşdırılması prosesi mərhələli şəkildə aparılır.

Trend xəbər verir ki, bunuRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan YerüstüNəqliyyat Agentliyinin (AYNA) Yük daşımaları departamentinindirektoru Sübhan Əbilov Bakı Beynəlxalq Avtovağzal Kompleksininərazisində yerləşən elektron tərəzilərin monitorinq mərkəzinətəşkil olunan mediatur zamanı deyib.

"Ümumilikdə, 31 yerdə 51 tərəzinin quraşdırılmasıplanlaşdırılıb. Artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlətsərhədi avtomobil yolunda 3 yerdə və Bakı-Ələt-Qazax-Gürcüstan ilədövlət sərhədi avtomobil yolunda 1 yerdə olmaqla 6 elektrontərəzinin quraşdırılması işləri tamamlanıb. Digər ərazilərdə dəhazırda 9 yer üzrə 13 tərəzi məntəqəsinin quraşdırılmasıplanlaşdırılır", - o qeyd edib.

"İşğaldan azad olunmuş ərazilərdə, "Zəfər Yolu"nda elektrontərəzi məntəqələrinin quraşdırılması işlərinə başlanılıb", - deyəS. Əbilov əlavə edib.

Məqalədə:
Chosen
57
5
az.trend.az

6Sources