EN

Qubadlı İH 45 minlik zeytun ağacı və buksus kolunu harada əkəcək?

Qubadlı rayon İcra Hakimiyyəti tender keçirərək, nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, İH ağac və bitki kollarının satın alınması prosesini həyata keçirəcək.
Qeyd edək ki, “EKO FERMA AZƏRBAYCAN” MMC ilə satınalma müqaviləsi imzalayan Qubadlı İH, bu işlərə 45.000 manat xərcləyəcək.
Tenderin qəribə tərəfi odur ki, İcra Hakimiyyəti 500 ədəd zeytun ağacı, 1000 ədəd isə Buksus kolu alacaq. Və bu ağac və kolların dibçəkdə alınması da tenderin əsas tələbi kimi qoyulub.
Qubadlı rayonu 2020-ci ildə rəşadətli və qəhrəman ordumuz tərəfindən işğaldan azad edilib. Lakin idarəçilik sistemində edilən dəyişiklik səbəbindən hazırda rayonda İcra Hakimiyyəti hər hansı fəaliyyətlə məşğul deyil. Üstəlik, Qubadlının yenidən qurulması və abadlaşdırma işləri Prezidentin xüsusi nümayəndəsinin ixtiyarına verilib. Yəni, hazırda Sumqayıtda fəaliiyyət göstərən Qubadlı İcra Hakimiyyəti 1000 ədəd kol və 500 ədəd zeytun ağacını niyə alır, harada əkəcək sualı açıq qalır. Yəqin ki, İcra Hakimiyyəti bu barədə məntiqli açıqlama verəcək.
Sözügedən dövlət qurumunun satınalma müqaviləsi imzaladığı “Eko Ferma Azərbaycan” MMC isə Sumqayıtda “tenderlərin qənimi” kimi tanınır. Bu şirkət son bir neçə ildə ölkənin üçüncü şəhərində iri tenderlərin qalibi olub. 2 fevral 2022-ci ildə qeydiyyata alınmış MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8, mənzil 59-da yerləşən şirkətin qanuni təmsilçisi isə Masimov Rüfət Ramazan oğludur. Rüfət Masimov əvvəllər fərdi sahibkar kimi fəaliyyət göstərib.
Xatırladaq ki, Qubadlı rayonunun icra başçısı Malik İsaqovdur. 71 yaşlı icra başçısı 08.09.2001-ci ildə Qubadlı rayonuna rəhbərlik edir.

Chosen
40
1
tribunainfo.az

2Sources