Tanınmış jurnalist Fikrət Doluxanov Azərbaycanda yeni fəaliyyətə başlayan telekanalda işə başlayıb.
Modern.az-ın məlumatına görə, o, ANEWZ beynəlxalq televiziya kanalının Xəbərlərin İnkişafı və İnnovasiya üzrə direktoru təyin edilib.
Qeyd edək ki, Fikrət Doluxanov əvvəllər İctimai Televiziya və Radio Yayımları Şirkətinin Xəbərlər departamentinin direktoru vəzifəsində, həmçinin "Report" agentliyində çalışıb.
Xatırladaq ki, tanınmış telejurnalist, AzTV-nin keçmiş sədr müavini Rüfət Həmzəyev yeni işi barədə açıqlama verib. R.Həmzəyev bildirib ki, 4 noyabr 2024-cü il tarixindən etibarən qlobal xəbər və analitika sahəsində alternativ baxışı təqdim edən ANEWZ beynəlxalq televiziya kanalı fəaliyyətə başlayır.
“HÉ™ftÉ™nin 7 günü, 24 saatlıq efir yayımında aparıcı media platformalarında indiyÉ™dÉ™k o qÉ™dÉ™r dÉ™ çox eÅŸidilmÉ™yÉ™n vÉ™ ya fÉ™rqli tÉ™qdim olunan - Qafqaz, MÉ™rkÉ™zi Asiya vÉ™ Yaxın Şərq regionunun sÉ™si Bakıdan-dünyaya çatdırılacaq”, - RüfÉ™t HÉ™mzÉ™yev bildirib.
Onun sözlərinə görə, 12-dən çox ölkədə təmsilçisi ilə 110-dan çox ölkəyə yayımlanan ANEWZ peyk, rəqəmsal, sosial media kanalları vasitəsi ilə izlənilə bilər.