RU

Tanınmış jurnalist də yeni telekanalda çalışır

Tanınmış jurnalist Fikrət Doluxanov Azərbaycanda yeni fəaliyyətə başlayan telekanalda işə başlayıb.

 

Modern.az-ın məlumatına görə, o, ANEWZ beynəlxalq televiziya kanalının Xəbərlərin İnkişafı və İnnovasiya üzrə direktoru təyin edilib.

 

Qeyd edək ki, Fikrət Doluxanov əvvəllər İctimai Televiziya və Radio Yayımları Şirkətinin Xəbərlər departamentinin direktoru vəzifəsində, həmçinin "Report" agentliyində çalışıb.

 

Xatırladaq ki, tanınmış telejurnalist, AzTV-nin keçmiş sədr müavini Rüfət Həmzəyev yeni işi barədə açıqlama verib. R.Həmzəyev bildirib ki, 4 noyabr 2024-cü il tarixindən etibarən qlobal xəbər və analitika sahəsində alternativ baxışı təqdim edən ANEWZ beynəlxalq televiziya kanalı fəaliyyətə başlayır.
 

“Həftənin 7 günü, 24 saatlıq efir yayımında aparıcı media platformalarında indiyədək o qədər də çox eşidilməyən və ya fərqli təqdim olunan - Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsi Bakıdan-dünyaya çatdırılacaq”, - Rüfət Həmzəyev bildirib.

 

Onun sözlərinə görə, 12-dən çox ölkədə təmsilçisi ilə 110-dan çox ölkəyə yayımlanan ANEWZ peyk, rəqəmsal, sosial media kanalları vasitəsi ilə izlənilə bilər.

Избранный
45
modern.az

1Источники