HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın İsrailin hücumundan əvvəl 3 gün heç nə yemədiyi bildirilib.
Referans.az xəbər verir ki, bu barədə Londonda nəşr olunan “Şərkul Avsat” qəzeti yazıb.
Adı açıqlanmayan mənbələrə əsaslanan xəbərdə Sinvarın 7 oktyabr 2024-cü il tarixindən sonra Qəzzadakı vəziyyəti ilə bağlı təfərrüat yer alıb. Onun 16 oktyabr 2024-cü ildə Qəzza zolağının cənubundakı Rəfahda həyatını itirdiyi hücumdan əvvəl ailəsini təhlükəsiz bölgəyə göndərdiyi və onlarla məktubla əlaqə saxladığı bildirilib.
Xəbərdə qeyd edilib ki, tibbi ekspertizadan sonra Sinvarın öldürülmədən əvvəl 3 gün heç bir şey yemədiyi ortaya çıxıb.
Qeyd edək ki, Tel-Əviv administrasiyası uzun müddətdir ki, Sinvarın Qəzzada tunellərdə gizləndiyini və israilli məhbuslardan qalxan kimi istifadə etdiyini iddia edirdi. Bunun əksinə, Sinvarın yanında heç bir İsrailli məhbus olmadığı və Tel Sultan bölgəsində binada bir neçə dostu ilə birlikdə İsrail əsgərləri ilə döyüşərkən həyatını itirdiyi ortaya çıxıb.//publika.az