EN

Rəqabət Məcəlləsi iqtisadi sektorda nəyi DƏYİŞƏCƏK?

Azərbaycanda uzun illər Rəqabət Məcəlləsinin qəbul edilməməsi ciddi tənqid olunurdu. Qeyd edilirdi ki, bu, azad sahibkarlığın inkişafı, biznes sahəsində sağlam rəqabət mühitinin formalaşmasına ciddi mane olur. Ancaq nəhayət ki, bu il iyul ayının 1-də Rəqabət Məcəlləsi qüvvəyə mindi.  

Maraqlıdır, Məcəllənin qüvvəyə minməsi iqtisadi sektorda hansısa ciddi dəyişikliklərə səbəb olacaq? Ümumiyyətlə, onun işlək olmasını necə təmin etmək olar?
 

MÖVZU İLƏ BAĞLI:

Rəqabət Məcəlləsi qüvvəyə MİNDİ – “Bu məhsullar ucuzlaşa bilər”


Mövzu ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran iqtisadçı Xalid Kərimli qeyd edib ki, önəmli məsələ bu Məcəllə əsasında müstəqil rəqabət orqanının formalaşmasıdır:

“Bu qanunun qəbulu zamanı müzakirələrdə mən də iştirak etmişəm. Bir az suallar, narahatlıqlar vardı. Amma əvvəlki qanunlarla müqayisədə daha yaxşı, təkmil bir qanunvericilik aktıdır. Əslində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mövcuddur. Xidmət Rəqabət Məcəlləsi çərçivəsində effektiv fəaliyyət göstərsə, cəmiyyətin qarşılaşdığı bir sıra ciddi problemlərin həllinə yardım edər.

Bu da haqsız rəqabət, onun formalarının aradan qaldırılması, üfüqi sazişlər, şaquli sazişlər, razılaşdırılmış hərəkətlər, inhisarçıların mövqeyindən istifadə edərək süni qiymət təyin etməsi, digər subyektləri sıxışdırması kimi məqamlar aradan qalxa bilər. Bütün bu dediklərimin hamısı məcəllənin effektiv tətbiqindən asılı olacaq”.

Rəna Cumaqızı, Bizim.Media

Chosen
35
bizim.media

1Sources