EN

“Ərəb baharı”ndan qalan məzarlqıdan 75 cəcəd çıxarıldı

Liviyanın paytaxtı Tripolinin Tajura bölgəsindəki kütləvi məzarlıqdan 73 cəsəd çıxarılıb.

Ölkənin İtkin Şəxslərin Axtarış və Kimlik İdarəsindən verilən açıqlamada Tajuranın Bi'r əl-Esta bölgəsində 2011-ci ildən qalma kütləvi məzarlıqda qazıntı və axtarış işlərinin davam etdiyi bildirilib.

SİA-nın əldə etdiyi məlumata görə, qruplar 1 noyabrdan bu yana daha 27 cəsədi kütləvi məzarlıqdan çıxarıb ki, bununla onların sayı 73-ə yüksəlib.

Xatırladaq ki, Tunisdə alovlanan “Ərəb baharı” 2011-ci ilin fevralında Liviyaya da sirayət etdi və nəticədə 42 il hakimiyyətdə olan Müəmmər Qəddafiyə sadiq qüvvələr nümayişçilərə atəş açaraq onlarla dinc sakini öldürdü.

Chosen
17
2
sia.az

3Sources