“Çelsi”nin sabiq baş məşqçisi Frenk Lempard “Roma”nı çalışdıra bilər.
QOL.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, ingilis mütəxəssis paytaxt klubunun baş məşqçisi postuna əsas namizədlərdən biridir.
Qeyd edək ki, “Roma”nın hazırkı baş məşqçisi İvan Yuriçin tezliklə istefaya göndəriləcəyi gözlənilir. Onun işi klub rəhbərliyini qane etmir. Belə ki, “Roma” A seriyasının 11-ci turunda səfərdə “Verona”ya uduzub (2:3). Son 4 çempionat oyunundan 3-də məğlub olan “canavarlar” hazırda 13 xalla 12-ci pillədə qərarlaşıb.