EN

"Ankaragücü"nün futbolçusu millimizdə

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası noyabrın 6-dan 9-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

İdman.biz xəbər verir ki, U-19 noyabrın 10-dan 20-dək Moldovanın paytaxtı Kişinyovda Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.

7-ci qrupda yer alan millimiz İslandiya, İrlandiya və Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Türkiyənin Ankaragücü klubunun futboloçusu Həsən Nəzərli də millinin heyətində yer alıb.

Komandaya dəvət edilən futbolçuların adları, oyunların təqvimi və hakim təyinatları:

13 noyabr
Azərbaycan - İslandiya
Zimbru-2 stadionu. Saat 14:00
Baş hakim: David Dickinson (Şotlandiya)
Baş hakimin köməkçiləri: Craig Ferguson (Şotlandiya), Ghennadi Lisita (Moldova)
Dördüncü hakim: Igor Bosca (Moldova)

16 noyabr
İrlandiya - Azərbaycan
Zimbru-2 stadionu. Saat 14:00
Baş hakim: Miloš Milanović (Serbiya)
Baş hakimin köməkçiləri: Novak Novaković (Serbiya), Ghennadi Lisita (Moldova)
Dördüncü hakim: Igor Bosca (Moldova)

19 noyabr
Moldova - Azərbaycan
Zimbru stadionu. Saat 15:00
Baş hakim: David Dickinson (Şotlandiya)
Baş hakimin köməkçiləri: Craig Ferguson (Şotlandiya), Lukáš Matoušek (Çexiya)
Dördüncü hakim: Jan Petrik (Çexiya)

İdman.biz

S.
Ad/Soyad
Klub
Chosen
45
2
idman.biz

6Sources