EN

Valensiya daşqın fəlakətinin dəymiş ziyanını ödəmək üçün 31 milyard 402 milyon avro istədi

Valensiya daşqın fəlakətinin dəymiş ziyanını ödəmək üçün 31 milyard 402 milyon avro istədi

İspaniyada oktyabrın 29-da daşqın baş verən Valensiya bölgəsinin muxtar hökuməti dəyən ziyanın ödənilməsi və şəhərin yenidən qurulması üçün mərkəzi hökumətdən 31 milyard 402 milyon avro tələb edib.Valensiya Muxtar Hökumətinin Başçısı Karlos Munoz nazirləri arasında keçirilən növbədənkənar iclasdan sonra verdiyi açıqlamada Valensiyada 50-dən çox bölgəni vuran sel fəlakətinin iqtisadi zərərin ödənilməsi və yenidən qurulması üçün 136 maddəlik bir fəaliyyət planı hazırladıqlarını və mərkəzi hökumətdən 31 milyard 402 milyon avro yardım paketi tələb etdiklərini qeyd edib.Daşqının yaratdığı palçıqdan zərər görən evlərin, iş yerlərinin və küçələrin təmizlənməsi, sənaye infrastrukturunun yenidən qurulması və 100 mindən çox avtomobilin olduğu bölgədə nəqliyyat vasitələrinin alınmasına köməklik etmək üçün mərkəzi hökumətdən belə yüksək məbləğdə yardım istədiklərini qeyd edən Munoz, muxtar rəhbərliyin bölgənin yenidən qurulması üçün 250 milyon avro investisiya edəcəyini də vurğulayıb.Fəlakət qurbanlarının gəlir vergisinin ödənişlərinin dayandırıldığını bildirən Munoz fəlakətdən zərər çəkmiş hər ailəyə dərhal 6 min avroluq dəstək veriləcəyini və ilk ödənişlərin həftə sonuna qədər başlayacağını açıqlayıb.Digər tərəfdən, Valensiya yerli hökuməti ilə İspaniyanın mərkəzi hökumətinin daşqın fəlakətindən sonra keçirdiyi ilk toplantıda bölgədəki böhrana qarşı birlikdə hərəkət etmək üçün 5 ortaq işçi qrupunun yaradılması qərara alınıb.İlk mərhələdə bölgəyə yalnız infrastruktur işləri üçün 2 milyard 600 milyon avro sərmayə qoyulacağı açıqlanıb.Mənbə: AA

Chosen
17
1
afn.az

2Sources