Maskın siyasi postları bütün seçki kampaniyasından daha çox baxış toplayıb
Amerikalı sahibkar İlon Maskın “X” sosial şəbəkəsindəki siyasi postlarına baxış sayı ABŞ-dəki bütün digər siyasi kampaniya reklamlarının baxış sayından iki dəfə çox olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.
Bu ilin iyul ayından etibarən Maskın sosial şəbəkələrdəki siyasi postlarına 17,1 milyard baxış olub.