EN

HƏMAS atəşkəs şərtləri ilə razılaşmadı

Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında qısamüddətli atəşkəs və 4 girovun azad edilməsi ilə razılaşmayıb.

Fələstin təşkilatı və İsrail üçün belə bir təklif bundan əvvəl Misir tərəfindən səsləndirilmişdi. 

“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ Dövlət katibi Entoni Blinken belə deyib.

ABŞ Dövlət Departamentinin rəhbərinin Misirin xarici işlər naziri Bədr Abdelatti ilə söhbəti, xüsusilə də Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiyi bildirilir.

“Dövlət katibi Qəzzada müharibənin dayandırılması, bütün girovların azad edilməsi, humanitar yardımın artırılması və sabitliyinin təmin edilməsinin vacibliyini vurğulayıb” , - deyə Blinken qeyd edib.

Blinken bildirib ki, HƏMAS atəşkəsi və Qəzza sakinlərinə yardımı təmin etmək üçün, hətta məhdud sayda girovları azad etməkdən yenə də imtina edib.

O, münaqişədən sonrakı dövrün yolunun qurulmasının vacibliyini, idarəçiliyi, təhlükəsizliyi və bərpa məsələlərini müzakirə edib”, - deyə Dövlət Departamentinin məlumatında vurğulanır.

Chosen
19
3
cebheinfo.az

5Sources