EN

AÇG-dən dövlətə 1,8 mlrd. kubmetr səmt qazı ötürülüb

Bu ilin yanvar-sentyabr aylarında "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan Azərbaycan dövlətinə, əsasən, SOCAR-a Səngəçal terminalı, həmçinin, "Neft Daşları"ndakı qurğu vasitəsilə 1,8 mlrd. kubmetr səmt qazı ötürülüb.

Kommersant.az bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin ilk üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Hesabat dövründə AÇG-dən SOCAR-a gündə orta hesabla 6,5 mln. kubmetr qaz verilib.

“Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub”, - hesabatda qeyd olunub.

AÇG-də iştirak payları aşağıdakı kimidir:

bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%)

Qeyd edək ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

Chosen
54
21
kommersant.az

10Sources