Son zamanlar sosial şəbəkələrdə “SİMA” rəqəmsal imzanın qadağan olunan yerlərdən keçən piyadaların cərimələnməsi məqsədi ilə istifadə olunması barədə məlumatlar yayılıb.
Bakıvaxtı.az xəbər verir ki. məlumatlara görə, həmin şəxslər paytaxtda quraşdırılan kameralar tərəfindən müəyyən edilərək 40 manat məbləğində cərimələnəcək.
Amin Nəzərli, “AzInTelecom” MMC-nin media üzrə məsul şəxsi
Bakıvaxtı.az-ın məlumatına görə, “AzInTelecom” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Amin Nəzərli “Space TV”-yə açıqlamasında bildirib ki, “SİMA” yeni nəsil rəqəmsal imzanın yol hərəkəti qaydalarının pozulmasına qarşı heç bir cərimələmə və ya nəzarət funksiyası yoxdur.
“Biz vətəndaşlarımızdan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən əldə edilmiş məlumatlara inansınlar və sosial şəbəkələrdə də yalnız bu mənbələrə istinad edərək məlumat paylaşsınlar”.