EN

50 yaşlı iki qadın doğuş zamanı dəyişik düşdüklərini öyrəndilər

DNT testi nəticəsində iki qadının 50 il əvvəl doğuş zamanı dəyişik düşdüyü aşkar edilib.

Publika.az xəbər verir ki, İngiltərə Milli Səhiyyə Xidməti (NHS) 1967-ci ildə ölkədə eyni xəstəxanada doğulan iki qadının yanlış ailələrə göndərildiyini təsdiqləyib.

BBC-nin məlumatına görə, məsələ 2021-ci ilin Milad günündə Toni adlı bir qadının evinə DNT testi alması ilə başlayıb.

DNT testi nəticəsində Toni və Klarinin bacı olmadığı məlum olub. Klari DNT testi nəticələrinə görə, ailəsi ilə doğulduğu yer arasında heç bir əlaqənin olmadığını öyrənib.

Toni və Klari arasındakı mesajlar ümumi bir həqiqəti ortaya qoyub: Toninin bacısı Klari və Jessika adlı bir qadın təxminən 55 il əvvəl eyni xəstəxanada anadan olublar. Onlar qeydləri müqayisə etdikcə, doğuş zamanı bəzi çaşqınlıqların olduğuna daha çox əmin olublar.

Chosen
8
publika.az

1Sources