EN

S.Zurabişvilinin "Böyük Gürcüstan", "bizim Lorimiz"  paylaşımı: Ermənilər şokda 

Ermənilər həmişə elə biliblərki , hər zaman haqlıdırlar və onlar istədikləri iddianı səsləndirmək hüququna malikdirlər.
Ötən gün ermənilərin yazılmamış bu qanunu pozulub.

Beləki, Gürcüstan Prezidenti Salome Zurabişvili şəxsi Feysbuk səhifəsində turizm şirkətinin nəşrini paylaşıb. Orada şirkət noyabrın 10-da turistləri “Gürcüstanın tarixi regionu Lori”yə dəvət edir və turistləri “mistik Böyük Gürcüstanı xatırlamağa və ona hörmət etməyə” çağırıb.
Məsələ ilə bağlı “Gürcüstanın Erməni Ä°cması” QHT-nin rəhbəri Artur Mirzoyan məlumat paylaşıb.

Statusunda əsəbləşən Mirzoyan: “Bu cür tədbirləri təşkil edənlərin hamısının Ermənistana girişi qadağan edilməlidir”, - deyə fikir bildirib
Qeyd edək ki, Gürcüstanın Samtsxe-Cavaxetiya regionu uzun illərdir ermənilərin torpaq iddiasının hədəfidir.

2009-cu il: Ermənistan prezidenti Serj Sarkisyanın Gürcüstanın ermənilər yaşayan bölgələrində erməni dilinə status verilməsi ilə bağlı tələbinin yaratdığı qalmaqal səngiməmiş, Gürcüstanda fəaliyyət göstərən “Azad Cavaxk“ erməni ictimai təşkilatı absurd bəyanatla çıxış etdi. Ermənilərə müraciət edən qurum Gürcüstanın Cavaxetiya bölgəsinin və Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ermənistana birləşdirməsi tələbini sərt şəkildə irəli sürdü. Təşkilatın internet saytında yer almış müraciətdə deyilir: “Erməni qanının tökülməsi hesabına biz Artsaxı (Qarabağ nəzərdə tutulur - red.) qaytara və müdafiə edə bildik. Bu işdə bizə dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımız da kömək etdi. Ä°ndi isə biz 90-cı illərin əvvəlləri ilə müqayisədə daha güclü və təşkilatlanmış formadayıq. Lakin nə qədər ki əcdadlarımıza məxsus təqdir olunmuş torpaqları - Naxçıvan və Cavaxkı geri qaytarmamışıq, qələbədən danışmaq tezdir. Artıq dövlətimizin və onun tarixi sərhədlərinin bərpa edilməsinin vaxtı çatıb“.

Sənədin müəllifləri məşhur Zori Balayan, Jirayr Sefilyan, Valeri Danielyan və digərləridir. Müəlliflər Ermənistan, Rusiya, Fransa, ABŞ və Kanadadan olan ümumilikdə 10 ermənidir. Onlar Gürcüstan prezidenti Mixail Saakaşvilini Cavaxetiyada “etnik təmizləmə“ siyasəti aparmaqda günahlandırırlar: “Burada məqsəd erməni xalqının azadlıq mübarizəsinin qarşısının alınması, ermənilərə məxsus təşkilatların və onların liderlərinin yox edilməsidir. Qonşuları olan Türkiyə və Azərbaycanın sifarişi ilə Saakaşvili bölgədən köklü erməni əhalisini köçürməyi, onları hakimiyyətə loyal olan Mesxeti tükləri ilə əvəzləməyi planlaşdırır. Bu işdə Ermənistanın Cavaxetiya ermənilərinin taleyinə biganə qalan cinayətkar və antierməni mövqeli hakimiyyəti də Gürcüstana maneə yaratmır“.

Sayıqlamanın arxasınca getmək üçün start verildi.


Qarabağdan əlləri üzülən ermənilər indi də Gürcüstan bu bölgəsini ələ keçirməyə çalışırlar. Yerevanda fəaliyyət göstərən "Cavakx" cəmiyyəti, "Mitk" analitik mərkəzi, "Yerkir" birliyi, Virk Partiyası və "Cavakx" xalq hərəkatı Cavaxetiyanın "qədimdən ermənilərin məskunlaşdığı ərazi olduğu"nu daima bildirir və guya, XVIII əsrin sonlarında bu bölgənin erməni əhalisinin böyük hissəsinin itirilməsi və bir hissəsinin başqa yerlərə köçməsi, bir hissəsinin isə sadəcə məhv edilməsi haqqında əsassız, dəlilsiz məlumatlar yayır.

Hazırda Cavaxetiya erməniləri Gürcüstandan muxtariyyət tələb edir və zaman-zaman bu məsələni qaldırırlar.
Ä°ndi isə artıq proses dəyişmək üzrədir. Xanım Salome ermənilərin kürkünə birə salıb.

 Æntiqə Rəşid

Chosen
20
adalet.az

1Sources