EN

Azərbaycan səfiri etimadnaməsini Rusiya Prezidentinə təqdim edib -FOTO, VİDEO

Kremldə etimadnamələrin təqdimetmə mərasimi keçirilib.

 

Senzor.az bildirir ki, Rusiya Prezidenti Vladimir Putin xarici dövlətlərin yeni təyin olunmuş 28 səfirinin etimadnaməsini qəbul edib. 

 

Rusiya dövlətinin başçısına etimadnaməsini təqdim edənlər arasında Azərbaycanın Rusiyaya yeni təyin olunmuş səfiri Rəhman Mustafayev də olub. 

Tədbirdə Belarus, Qırğızıstan, Ermənistan və Azərbaycan səfirlərini görməyə şad olduğunu bildirən V.Putin deyib: “Bu dövlətlər Rusiyanın ən yaxın qonşuları, ən yaxşı dostları, təbii strateji tərəfdaşları və müttəfiqləridir. Onların liderləri ilə oktyabrda Moskvada MDB sammiti çərçivəsində görüşmüşük. Ənənəyə uyğun olaraq dekabrın sonunda ilin yekunlarını müzakirə etmək və gələcək planları müəyyənləşdirmək üçün yenidən toplaşacağıq, 2025-ci ildə isə Birlik dövlətlərinin bütün xalqlarının nail olunmasına töhfə verdiyi Böyük Vətən müharibəsində Qələbənin 80 illiyini birgə qeyd edəcəyik".

 

Rusiya Prezidenti həmçinin vurğulayıb ki, onun ölkəsi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün hər şeyi edib və edir: “2020-2022-ci illərdə ali səviyyədə əldə edilmiş məlum üçtərəfli razılaşmalar çərçivəsində sülh müqaviləsi, dövlət sərhədlərinin delimitasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzərində işə dəstək verməyə davam edəcəyik". 

 

Xatırladaq ki, mərasim Böyük Kreml Sarayının Aleksandr zalında keçirilib.

Chosen
23
1
senzor.az

10Sources