EN

ABŞ-ın əsas seçki məntəqələrində səsvermə başladı

ABŞ-ın əksər ştatlarında prezident seçkilərində səsvermə başlayıb. Seçki məntəqələri 60-cı ümumi seçkidə səs vermək istəyənlər üçün Şərq Sahil vaxtı ilə saat 07:00-da (GMT 15:00) açılıb.

Publika.az xəbər verir ki, Corciya, Miçiqan və Pensilvaniya ştatlarında da seçki məntəqələri bu saatdan fəaliyyətə başlayıb. Onlar seçkidə əsas rol oynayırlar və çox güman ki, onun nəticəsini müəyyən edəcəklər.

Kolumbiya, İllinoys, İndiana, Massaçusets, Florida, Cənubi Karolina və bəzi digər ştatlarda səsvermə başlayıb.

Xatırladaq ki, ABŞ-da keçiriləcək ümumi seçkilərdə prezident və vitse-prezident, ABŞ Konqresinin Senatının üçdə biri və Nümayəndələr Palatasının bütün üzvləri, həmçinin 11 ştat və 2 ərazinin qubernatorları seçiləcək.

Chosen
17
33
publika.az

10Sources