EN

Pxenyan və Moskva yaxınlaşması - Koreya adasında yeni savaş ehtimalı (ŞƏRH)

"Şimali Koreyanın XİN rəhbərinin Moskva səfərində əsasən həmin ölkə əsgərlərinin Ukraya ərazisinə gətirilməsi prosesinin detalları, habelə növbəti mərhələdə əlavə canlı qüvvənin də göndərilməsi məsələsi müzakirə edilə bilər". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Şimali Koreya xarici işlər naziri Tsoy Son Hinin Rusiyaya səfərini şərh edərkən deyib.

Taleh Əliyev bildirib ki, Şimali Koreya XİN başçısının Moskvaya səfəri və Rusiya prezidenti Vladimir Putinlə görüşü iki ölkənin dövlət başçılarının bu ilin yayında Pxenyanda olan təmasları zamanı dövlətlərarası razılaşmaya uyğun olaraq həyata keçirilir: 
 


"Görüş zamanı hər iki tərəf üçün maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Rusiya hazırda daha çox hərbi sənaye məhsullarına və kənardan yardım kimi canlı qüvvəyə ehtiyac duyur. Şimali Koreya isə ərzaq və sənaye məhsulları qıtlığından əziyyət çəkir. Bu mənada sanksiyalara məruz qalan Rusiya məhsullarının Şimali Koreyaya ötürülməsi həm Pxenyanın, həm də Moskvanın marağındadır".

Ekspert Pxenyanın Rusiyaya görə Koreya yarımadasında da müharibəni alovlandıracağını zənn etmir:

"Bu istiqamətdə Pxenyan "fədakarlıq” etməyəcək. Belə  addım Şimali Koreya rejimi üçün intihara bərabar məsələ olardı. Unutmayaq ki, son illər  Pxenyana rəqib olan Yaponiya və Cənubi koreya da sürətlə silahlanır. Şimali Koreya  müharibəyə başlayacaq qədər  cəsarətli deyil".

Qeyd edək ki, Şimali Koreyanın xarici işlər naziri Tsoy Son Hi Rusiyaya səfərə gəlib və prezident Vladimir Putin tərəfindən qəbul edilib. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib. 

Rüfət Sultan
Chosen
22
qaynarinfo.az

1Sources