EN

Milli Məclisdən Səhiyyə Nazirliyinin saxta "sertifikat bazarı"na reakisya: "Şərh vermək..."

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli sosial şəbəkələrdə saxta yollarla plastik və estetik cərrahiyyə şəhadətnaməsi alan tibbi işçilərinin siyahısının yayılmasının ciddi müzakirə yaratmasına münasibət bildirib. 

Mia.az-ın məlumatına görə, M.Məmmədli Pravda.az-a açıqlamasında deyib ki, sözügedən siyahının nə dərəcədə dəqiq olduğu bir az şübhə doğurur.  

“Bu, iddia şəklindədir. Hər bir iddianı irəli sürən şəxs ortaya konkret sənədlər qoymalıdır və iddiasını sübut etməlidir. Siyahı nə dərəcədə həqiqətdir? ABŞ-də oturub belə bir bəyanat vermək bir az suallar doğurur. Sözün düzü, şərh verməkdə çətinlik çəkirəm. Rəsmi qurumlar məsələni araşdırıb cavab verdikdən sonra şərh vermək olar”, - deputat bildirib. 

Chosen
9
3
mia.az

5Sources