EN

Müdafiə nazirinin istefasından sonra İsraildə toqquşma yaşanır

İsraildə Baş nazir Netanyahunun müdafiə naziri Yoav Qallantı vəzifədən azad etməsindən sonra başlayan aksiya genişlənib.

Teleqraf.com xəbər verir ki, nümayişçilər Təl-Əvivdə Ayalon şossesində od yandırıb, həmçinin yollarda nəqliyyatın hərəkətinə maneə törədirlər.

Etirazçılar Netanyahunun iqamətgahı qarşısında da toplaşıblar.

İsrail telekanalının 12-ci kanalı xəbər verir ki, etirazçılarla polis və bağlanan yollarda ilişib qalan sürücülər arasında toqquşma yaşanır.

Qeyd edək ki, Netanyahu az öncə müdafiə naziri Yoav Qallantı vəzifədən azad edib və onun yerinə XİN başçısı israil Katzı təyin edib. XİN başçısı vəzifəsi isə portfelsiz nazir Gideon Saara təklif edilib.

Müxalifət müharibə gedən ölkədə müdafiə nazirinin işdən çıxarılmasına etiraz edib və aksiyalar başlayıb.


Müəllif: Teleqraf.com
Chosen
33
7
teleqraf.com

10Sources