Ekspert bildirib ki, həm Trampa, həm də Harrisə Ukrayna ilə bağlı yeni strategiya lazım olacaq...
Prezident seçkilərinin qalibindən asılı olmayaraq, ABŞ-a Ukraynaya kömək etmək və münaqişəyə son qoymaq üçün yeni strategiya lazım olacaq.
Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyinə Vaşinqtondakı Brukinqs İnstitutunun xarici siyasət üzrə tədqiqat proqramının direktoru və baş elmi işçi Maykl O'Henlon bildirib.
“Hər iki namizədin təkcə Ukraynaya kömək etmək üçün deyil, həm də bu müharibəni dayandırmağa necə kömək edəcəyini daha fəal müəyyən etmək üçün yeni strategiyaya ehtiyacı olacaq”, deyə O' Henlon qeyd edib.
Ekspert qeyd edib ki, ABŞ prezidenti Co Baydenin strategiyası "birbaşa və prioritet hədəflər" üçün yaxşı idi.
“Bununla belə, növbəti dörd il ərzində biz Rusiya və Ukrayna arasında münaqişəyə necə son qoyacağımızı “kollektiv şəkildə” başa düşməliyik”, deyə O' Henlon əlavə edib.
Xatırladaq ki, Donald Trampın qələbəsinin Ukraynaya maliyyənin dayandırılmasına səbəb ola biləcəyi gözlənilir.
Poliqon.info