EN

Trampın partiyası Konqres seçkilərində də udur

Respublikaçılar Partiyası ABŞ Konqresinin yuxarı palatasına (Senat) keçirilən seçkilərdə öndədirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Bildirilir ki, Respublikaçılar 100 yerlik Senatda ən azı 51 yeri tutublar.

Prezident seçkilərinə gəlincə, burada da üstünlük Respublikaçıların tərəfindədir. Partiyanın namizədi Donald Tramp 51.2 faiz səslə öndədir. Onun ən yaxın izləyicisi Kamala Harris (Demokratlar Partiyası) 47.4 faiz səs toplayıb.

Yekun nəticə hələ açıqlanmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
11
teleqraf.com

1Sources