EN

“Qarabağ”ı udmağı bacarmadılar, iş adamından böyük miqdarda pul qopardılar

Premyer Liqanın 12-ci turu «Turan Tovuz»un futbolçularına böyük miqdarda pul qazandırıb.

Doğma rayonda «Qarabağ»ı qəbul edən komanda qalib gəlməməsinə rəğmən, maddi cəhətdən xeyli irəli düşüb.

Belə ki, klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev 0:0 hesablı nəticəyə görə 50 min manat mükafat ödəyib.

Kurban Berdiyevin çalışdırdığı kollektiv 12 tura 25 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində yerləşib.

Liderlik qoltuğunda əyləşmiş «Qarabağ»dan 3 xal geri qalan tovuzlular üçüncü sıradakı «Araz-Naxçıvan»ı cəmi 1 xal qabaqlayır.

SPORTİNFO.AZ

Chosen
8
sportinfo.az

1Sources