EN

Müğənni canlı yayımda həmkarını təhqir elədi: "Kişi də saçını boyadar?" - "Sən müğənni yox, əl meymunusan" (VİDEO)

Müğənnilər Əli Mirəliyev və Elşad Qarayev arasında efirdə qalmaqal yaşanıb. OLAY yazır ki, öncə “Günə bax” verilişinin canlı efirinə telefon vasitəsi ilə qoşulan Mirəliyev proqramın gedişatında studiyaya gəlib və həmkarını təhqir edib.

“Elşad, sən bəstəkar mahnılarını bilmirsən. Verilişdə başından böyük danışmısan. Rəhmətlik gitara ifaçısı Rəmiş özü ilə əl meymunu gəzdirirdi. Sən Elşad müğənni yox, əl meymunusan. Mərhum qarmon ustadı Aftandil İsrafilov səni yanında meymun kimi aparıb toylara”.

Əlinin bu sözlərinə Elşad “Baxın görün meymuna mən, yoxsa Əli oxşayır? Qalmısan Mərdəkanda itlə və başqa adam görmürsən” cavab verib.

Qarayevin bu sözlərindən daha da qəzəblənən Mirəliyev “Saçlarını ağartsan, sən dəqiq meymuna oxşayacaqsan. Saçlarını boyatmısan. Ay bədbəxt, utanmırsan? Kişi də saçını boyadar? 70 yaşlı kişi saçını boyatmaz”.

Əlini yola gətirmək üçün Elşad “Mən Əlini həqiqətən çox istəyirəm. Mən çox istəmədiyim insanla zarafat etmərəm. Əli mənimlə zarafat etdiyinə görə mən də onunla zarafat edirəm” sözlərini dilə gətirib.

Mirəliyev isə “Efirdə mənimlə belə zarafat etmək olmaz. Zarafatında həddi var. Deyirsən ki, 1974 -cü ildə Bakıya gəlmişəm, kirayədə qalmışam, Əli Mirəliyevi mən tanımıram. Heç bilmirəm, o, nə oxuyub. Sənin kimi adama “alaaa” demək lazımdır. Nə olsun ki, efirdəyik? Qardaş canı, sən zay adamsan. Başından böyük danışırsan. Məndən də kiçiksən. Sən bədbəxt və yeməkdən gözü doymayan insansan. Mən hər zaman hirsliyəm. Hirsli olmasam, belə meymunlarla yola gedə bilmərəm. Sən Elşad əl meymunusan”, - deyə, qarşı tərəfi təhqir edib.

Chosen
10
16
mia.az

10Sources