EN

Almaniyada sənaye sahəsindəsifarişlər 4,2% artıb

Almaniyanın sənaye müəssisələrində sentyabr ayında sifarişlərin həcmi avqust ayı ilə müqayisədə 4,2% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Destatis statistika idarəsi məlumat yayıb.

Sentyabr ayında təyyarə, dəniz, qatar və hərbi nəqliyyat vasitələrinin istehsalı sahəsində əsas artım müşahidə olunub.

Məlumatda qeyd olunub ki, xarici sifarişlərin həcmində 4,4%, daxili sifarişlərin həcmində isə 3,7% artım baş verib.

Chosen
12
iqtisadiyyat.az

1Sources