EN

SAXAL İsrailə raket hücumlarına görə məsul olan "Hizbullah" komandirini məhv edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrail ordusu Livanda İsrailə raket hücumlarına görə məsul olan "Hizbullah"ın regional komandirini məhv edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) xəbər yayıb.
Bildirilir ki, Hərbi Hava Qüvvələri El-Xiyam sərhəd bölgəsində "Hizbullah" qüvvələrinin komandiri Hüseyn Əbd əl-Həlim Hərbi məhv edib.
"O, Qalileyadakı yaşayış məntəqələrinə, xüsusilə Metula rayonuna çoxsaylı raket hücumuna rəhbərlik edib", - deyə ordunun mətbuat xidmətinin məlumatında deyilir.
Yeri gəlmişkən qeyd edək ki, dünən Beyrutun cənubundakı yaşayış binası İsrail hücumuna məruz qalıb.
"Azad İran" "Telegram" kanalının Livan dövlət mediasına istinadla məlumatına görə, Beyrutun cənubunda yerləşən Ciyə sahil rayonuna hücum nəticəsində bir neçə nəfər xəsarət alıb.
Chosen
87
50
oxu.az

10Sources