Cari ilin ilk üç rübü ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə əməliyyat xərcləri təqribən 60 mln. dollar, əsaslı xərclər isə təxminən 13 mln. dollar olub. Bu da ötən il ilə müqayisədə müvafiq olaraq 22,4% və 2,9 dəfə artıb.
Fins.az bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Məlumata görə, ilin ilk üç rübü ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 61,7 mln. kubmetr olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
CÉ™nubi Qafqaz Boru KÉ™mÉ™ri ÅŸirkÉ™tinin (CQBKÅŸ) sÉ™rmayÉ™darları bunlardır: BP (operator – 29,99%), SGC (CÉ™nub Qaz DÉ™hlizi, 21,02%), LUKOIL (19,99%), TPAO (19%) and NICO (10%)