EN

Türkiyədə elektrikli avtobus alımı üzrə tender elan edilib

Bakı,TurkicWorld

Türkiyənin Güngören Bələdiyyəsi üç ədəd elektrikli avtobus alımı üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Avtobuslar müqavilə imzalandıqdan sonra ilin sonuna qədər təhvil verilməlidir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 5 noyabr 2024-cü il tarixinə qədər “Güven Mah. Marmara Cad. No:38 34610. Güngören/İstanbul” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir

Chosen
85
3
turkic.world

5Sources