ABŞ-ın texnologiya nəhəngi “Apple”in iOS 18.2 üzərindəki işi davam etsə də, müstəqil tərtibatçılar boş oturmurlar.

İndex.az xəbər verir ki, bu çərçivədə iOS 18.2-nin kodlarının yoxlanılması bu günə qədər qeyd olunmayan bir xüsusiyyətin mövcudluğunu ortaya çıxarıb.

iOS 18.2 kodlarında aşkarlanan “BatteryIntelligence” adlı xüsusiyyət “iPhone! sahiblərinin istifadə təcrübəsinə böyük təsir göstərəcək. Çünki bu xüsusiyyət “iPhone”un doldurulması prosesinin nə vaxt tamamlanacağını göstərməyə başlayacaq.

Artıq bəzi “Android” telefonlarında mövcud olan funksiya bir çox insan tərəfindən sevilir. Çünki bu xüsusiyyət sayəsində şarjın tamamlanmasına nə qədər vaxt qaldığını asanlıqla başa düşmək olur. Deyəsən, “iPhone”larda da tezliklə bu xüsusiyyət olacaq.

Lakin burada mühüm bir problem var. “BatteryIntelligence” funksiyası iOS 18.2 kodlarında aşkar edilsə də, hələ də inkişaf mərhələsindədir.