EN

Çində gənclər evlənməkdən imtina edirlər - SƏBƏB

Çində gənclər evlənməkdən imtina edirlər.

 

Sfera.az bildirir ki, buna səbəb ölkədə iqtisadi artımın yavaşlaması və uşaq böyütmək xərclərinin artmasıdır. Qeyd olunur ki, məhz buna görə gənclər evlənmək və uşaq sahibi olmaqdan çəkinirlər.

 

Çin Vətəndaşlıq İşləri Nazirliyinin məlumatına əsasən,  2024-cü ilin yanvar-sentyabr ayları arasında 4,75 milyon nikah bağlanıb. Bu məlumatlar nikahların sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,6 faiz azaldığını üzə çıxarıb. 

 

Mövcud azalma tendensiyası ilə ilin sonuna qədər ölkədə orta hesabla 6,5 milyon nikahın olacağı təxmin edilir. Bu o deməkdir ki, 2024-cü ildə evliliklər 2022-ci ilə nisbətən daha az olacaq.

 

Günay 

Chosen
16
sfera.az

1Sources