EN

TDT Orta Dəhlizin potensialından tam istifadə etməlidir - Qazaxıstan prezidenti

Bişkek. Trend:

Türk Dövlətləri Təşkilatı (OTT) çərçivəsində nəqliyyat vəlogistika əlaqələrinin gücləndirilməsi prioritet vəzifədir.

Trend xəbər verir ki, bunu Qazaxıstanprezidenti Kasım-Jomart Tokayev Bişkekdə Türk Dövlətləri Təşkilatı(TDT) Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə çıxışı zamanıbildirib.

Onun sözlərinə görə, türk dünyasının gələcək iqtisadi inkişafıüçün strateji əhəmiyyət kəsb edən Transxəzər Beynəlxalq NnəqliyyatMarşrutunun (Orta Dəhliz) potensialından tam istifadə etməklazımdır.

"Ona görə də bu marşrut üzrə yükdaşımaların davamlı inkişafınıtəmin edəcək sazişin imzalanması zəruri görünür. Ümid edirəm ki,iştirakçı dövlətlər bu təşəbbüsü dəstəkləyəcəklər", - deyəQazaxıstan prezidenti əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Avropa İttifaqı ölkələrininkonteyner dəmir yolu yükdaşıma şəbəkələrini Mərkəzi Asiya, Qafqaz,Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxşaxəli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qaradənizdəki bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan,Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri iləəlaqələndirir.

Chosen
25
1
az.trend.az

2Sources