EN

Türk İnvestisiya Fondu TDT ölkələrinin inteqrasiyasının dərinləşməsinə töhfə verir - Tokayev

Bakı, TurkicWorld

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində ticarət-iqtisadi, energetika, maliyyə və investisiya sahələrində əlaqələr qurulub.

TurkicWorld xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə çıxışı zamanı bildirib.

"Hesab edirəm ki, Türk İnvestisiya Fondunun səmərəli fəaliyyəti türk ölkələrinin inteqrasiyasının dərinləşməsinə töhfə verən addım oldu. Hazırkı sammitin qırğız qardaşlarımızın təklif etdiyi "Türk dünyasının güclənməsi: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik" mövzusu bütün iştirakçı ölkələrin maraqlarına cavab verir", - deyə o bildirib.

Tokayev qeyd edib ki, son 10 ildə TDT üzvləri arasında iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə möhkəmlənib.

"2024-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 45 milyard dolları ötüb" – deyə, Tokayev əlavə edib.

Chosen
9
2
turkic.world

3Sources