Raul Ermənistan millisinə rəhbərlik edə bilər
“Real Madrid”in məşhur hücumçusu Raul Qonsales Ermənistan millisinin yeni baş məşqçisi ola bilər.
Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistan Futbol Federasiyasının vitse-prezidenti Armen Nikoqosyan deyib.
“Biz iki variantı nəzərdən keçiririk: növbəti iki oyun üçün komandaya rəhbərlik edəcək məşqçi və gələn ildən komandaya rəhbərlik edəcək məşqçi. Namizədlər arasında çoxlu mütəxəssis var, o cümlədən Raul”, - Nikoqosyan bildirib.
O, “Noa”dan Rui Mota ilə danışıqların aparılması ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Qeyd edək ki, Ermənistan millisinin baş məşqçi postu oktyabrda Aleksandr Petrakovun istefasından sonra boş qalıb.