EN

Məhkəmə sədri və hakim jurnalisti məhkəməyə verdi – Proses xüsusi ittihamçı hakimin sədrliyi ilə keçiriləcək

Xaçmaz Rayon Məhkəməsinin sədri Quliyev Xıdır İnqilab oğlu və Xaçmaz Rayon Məhkəməsinin hakimi Abiyeva Nərmin Mirhəsən qızı, “7Times.az” xəbər agentliyinin təsisçisi və baş redaktoru Cəlal Fərzəliyevi Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə məhkəməyə verib.

NOCOMMENT.az xəbər verir ki, buna səbəb 23.10.2024-cü il tarixində “7Times.az” informasiya agentliyində Xaçmaz rayon sakini Cəbrayılov Böyükağa Cəbrayıl oğlunun Xaçmaz Rayon Məhkəməsinin sədri Xıdır Quliyevin ondan 6 min manat vəsaitin rüşvət qismində alması ilə əlaqədar olaraq vətəndaşın ölkə başçısı, cənab İlham Əliyevə ünvanladığı müraciətin yayımlanması olub.

Proses 7 noyabr saat 12:00 da xüsusi ittihamçı tərəf hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi ilə keçiriləcək.\\Konkret.az

Chosen
7
2
nocomment.az

3Sources