EN

Rusiyadan Apple-a 3,6 milyon rubl cərimə

Rusiyada Apple bəzi məzmunlara girişi bloklamadığı üçün 3,6 milyon rubl (təxminən 37 min dollar) cərimələnib.

“Apple”a qarşı açılan işə paytaxt Moskvada baxılıb.

Bu platformada bəzi qadağan olunmuş məzmuna girişin bloklanmadığı üçün qanuna əməl edilmədiyi qənaətinə gələn məhkəmə Apple-ı 3,6 milyon rubl cərimə ödəməyə məcbur edib.

Əvvəllər ölkədə oxşar səbəblərə görə Google, TikTok və Telegram kimi müxtəlif xarici platformalar üçün cərimələr tətbiq edilib.

Chosen
13
4
kommersant.az

10Sources