Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Respublikaçılar Partiyasının Ağ Ev rəhbəri vəzifəsinə namizədi Donald Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib və həm Ukrayna, həm də Yaxın Şərq münaqişələrini həll etməyə ümid etdiyini qeyd edib.
Paralel.az xəbər verik ki, prezident Rəcəb Tayyib Ərdoğan Trampa təbrik məktubunda bunu qeyd edib: “ABŞ-da keçirilən prezident seçkilərində böyük mübarizədən sonra qalib gələn və ABŞ-ın prezidenti seçilən dostum Donald Trampı təbrik edirəm".
Türkiyə lideri Trampın prezidentliyi dövründə “Türkiyə və ABŞ münasibətlərini gücləndirəcək; regional və qlobal böhranlar və müharibələr, xüsusilə Fələstin böhranı və Rusiya-Ukrayna müharibəsi bitəcək”.
Mürtəza
Paralel.az