EN

Rusiyaya qarşı döyüşən erməni əsir düşdü

Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüş əməliyyatlarında muzdlu kimi iştirak edən Ermənistan vətəndaşı Rusiyanın Domodedovo hava limanında saxlanılıb.

Lent.az bildirir ki, istintaq müəyyən etdiyi kimi, saxlanılan Armen Balyan 2022-ci ilin noyabrında Moldova ərazisindən Ukraynaya gəlib və pul üçün ərazi müdafiə bölməsinə qoşulub. Donetsk, Luqansk, eləcə də Xerson vilayəti ərazisindəki döyüşlərdə iştirak edib.

Rusiyada Balyan 2024-cü ilin avqustunda qiyabi olaraq muzdluluqda ittiham edilib və axtarışa verilib.

İstintaq Komitəsi açıqlayıb ki, Balyan oktyabr ayında saxlanılıb. Onun dindirilmə zamanı təqsirini etiraf etdiyi bildirilir. O, bir neçə yara aldığını da deyib. Basmannı məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.

Chosen
36
medianews.az

1Sources