EN

Nazirlikdə 24 milyonluq mənimsəmə işi: "Yazıblar ki, guya Nəcməddin Sadıkov bu işə görə mənə pul verib, halbuki..."

Müdafiə Nazirliyinin 24 milyon 234 minlik mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) növbəti məhkəmə prosesi keçirilib.

Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə vəkilin suallarını cavablandırıb.

O bildirib ki, vicdansız adamlar onun adından pulları yeyiblər: "Mənim adıma açılan firmanın adından kredit götürülüb və pullar mənimsənilib. Mən bu işlə bağlı bir qəpik xeyrim olmayıb. Sabiq nazir Fazil Məmmədovun işdən çıxarılmasından sonra kreditin götürülməsindən xəbərim yoxdur. O vaxt bu iş üzrə sabiq Baş Qərargah rəisinin (Nəcməddin Sadıkov) yanında olan zaman demişdi ki, Fazil Məmmədov bizə humanitar yardım edəcək".

Vəkil sualına cavab verən təqsirləndirilən şəxs qeyd edib ki, 7 dəfə bankda olmayıb və adına 42 milyon manatlıq kredit götürülməsindən xəbərsiz olub:

"Mən cəmi bir dəfə banka getmişəm, bir neçə sənədə qol çəkmişəm. Amma istintaqda məlum olub ki, 7 dəfə kredit götürmüşəm. Bunların hamısından xəbərsizəm. Bu işlərlə bağlı Vergilər Nazirliyində olmuşam. Adıma firma yaradılandan sonra Vergilər Nazirliyində böyük müşavirə keçirildi, ötən dəfə qapalı iclasda kimlərin iştirak etdiyini açıqlamışam".

"Məlumatsız olduğumdan nazirliyə məlumat verdim. Mahir Rəfiyevə zəng elədim, o da dedi, narahat olma, sənlik məsələ deyil. Daha ondan sonra mənə zəng gəlmədi. İstintaqda guya yazılıb ki, Nəcməddin Sadıkov mənə bu işə görə 62 min manat verilib. Halbuki, bu da bir fərziyyədi. Bankda da sənədləri oxumadan qol çəkmişəm. Çünki bu iş Fazil Məmmədovun işiydi. Humanitar yardım etməliydi. Demişdilər ki, işlər bitəndən sonra firma ləğv ediləcək".

Chosen
48
5
mia.az

6Sources