EN

"Ruhu məni izləyirdi" - Qatil olduğunu 17 il sonra etiraf etdi - FOTO

Tailand polisi 49 yaşlı Camlonqu 17 il əvvəl törətdiyi qətlə görə həbs edib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 2007-ci ildə işdə nifrət etdiyi həmkarını aradan götürmək qərarına gəlib.
İşdə növbəti dava zamanı Camlonq bıçağa əl ataraq, kişinin boğazını kəsib.

Kişi hadisə yerindəcə ölüb, qatil isə qaçıb gizlənib. Ancaq ədalət gec də olsa, bərpa olunub. Ələ keçən qatil 17 ildir yuxu nə olduğunu bilmədiyini və daim öldürdüyü şəxsin ruhunu gördüyünü etiraf edib. Bu illər ərzində o, normal yaşamadığını deyib.

Aygün Musayeva, BakuPost

Chosen
31
bakupost.az

1Sources