EN

Kraliça II Elizabetin 77 illik toy tortunun bir hissəsi hərracda satılıb

II Elizabet və şahzadə Filipin 77 il əvvəl baş tutan toy mərasimindən bir parça toy tortu “Reeman Dansie” (“Riman Dansi”) tərəfindən hərracda satılıb.

 

Sfera.az bildirir ki, bir parça meyvə tortu gözlənilən məbləğdən dörd dəfə çəkic altına düşdü. Elizabet və Filipin dörd qatlı toy tortunun hündürlüyü 2 metr 74 santimetr, çəkisi isə iki yüz kiloqramdan çox olub. Çarpayının altından çamadandan tapılan meyvəli tort parçasının 650 dollara satılacağı təxmin edilsə də, onun qiyməti 2800 dollardan çox olub. Çinli bir iddiaçı telefonla bu tort parçasını alıb. “

 

Reeman Dansie” hərrac evindən Ceyms Qrinter: "Bu, əsl kiçik tapıntıdır, ləzzətli tort ilə kiçik bir zaman kapsuludur" - deyə bildirib.
 

Qrinter tortun artıq yaxşı vəziyyətdə olmadığını etiraf edib.


Orijinal tort 20 noyabr 1947-ci ildə o vaxtkı şahzadə Elizabet və şahzadə Filipin toyunda 2000 qonağa təqdim edilib. Bu, 1931-1969-cu illərdə Şotlandiyanın Edinburq şəhərindəki “Holyroodhouse” sarayında xadimə işləyən Marion Paulsonun hədiyyəsi olub. Paulson qonaqlarına dadlı desert təqdim etdikdən sonra təşəkkür olaraq bir parça tort alıb. 1980-ci illərdə ölənə qədər onu saxlayıb. Sonra çarpayının altından digər əşyaları ilə birlikdə tapılıb. Tort parçası hələ də orijinal hədiyyə qutusunda qalır, Kraliça Elizabetin özünün 1947-ci il noyabr tarixli məktubu ilə birlikdə saxlanılıb.
Məktubda:


“Bizə belə ləzzətli bir toy hədiyyəsi təqdim etməkdə əməyiniz olduğunu öyrənəndə həyat yoldaşım və mən çox təsirləndik" deyə yazılıb.
 

Elizabet və Filipin dörd qatlı toy tortunun hündürlüyü 2 metr 74 santimetr, çəkisi isə 227 kiloqram olub. Paulson ailəsi qeyd edib ki, bu tort parçası bütünlüklə satılan ilk tortdur:
 

“Şəkillərə baxanda görürsən ki, tort otağın yarısını tutub, tamamilə böyük idi."


Aynil


 

Chosen
66
12
sfera.az

10Sources