EN

Azərbaycanın Baş naziri KAICIID-in Baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 6-da Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlharti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini liderlərin qlobal Sammitinin dünyada dinlərarası dialoqun və körpülərin qurulmasına xidmət etdiyi bildirilib.

Yaşıl gündəliyin təşviqi və iqlim dəyişiklikləri ilə mübarizə, həmçinin dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi ilə bağlı Azərbaycanın ardıcıl səyləri barədə söhbət açılıb.

Z.Əlharti KAICIID tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib.

Görüşdə Azərbaycanın təsisatları ilə KAICIID arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

DOĞRU.AZ

Chosen
34
20
dogru.az

10Sources