EN

ÇL: "Atletiko" PSJ-ni, "İnter" "Arsenal"ı məğlub etdi

UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV tura bu gün yekun vurulub

90deqiqe.Az-ın məlumatına görə, son oyun günündə 9 qarşılaşma baş tutub.  

Fransa PSJ-si evdə İspaniyanın “Atletiko”su ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matçda Madrid klubu çətin qələbə qazanıb.

 İspaniya “Barselona”sı səfərdə Serbiyanın “Srvena Zvezda” klubu ilə üz-üzə gəlib və 5:2 hesabı ilə rəqib üzərində darmadağınlı qələbəyə sevinib.

İngiltərə “Arsenal”ı İtaliyada “İnter”in qonağı olub və minimal hesabla uduzub.

Çexiya "Sparta Praq"ı evdə "Brest"ə, Niderland "Feyenoord"u Avstriya "Salzburq"a məğlub olub.

İtaliya "Atalanta"sı səfərdə Almaniya təmsilçisi "Ştuttqart" üzərində inamlı qələbə qazanıb.

Almaniya "Bavariya"sı isə doğma meydanda Portuqaliya "Benfika"sı ilə qarşılaşıb və minimal hesabla qalib gəlib.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

IV tur

6 noyabr

21:45. “Brügge” (Belçika) - “Aston Villa” (İngiltərə) - 1:0

21:45. “Şaxtyor” (Ukrayna) - “Yanq Boys” (İsveçrə) -  2:1

00:00. “Bavariya” (Almaniya) - “Benfika” (Portuqaliya) - 1:0

00:00. PSJ (Fransa) - “Atletiko” (İspaniya) - 1:2

00:00. “İnter” (İtaliya) - “Arsenal” (İngiltərə) - 1:0

00:00. “Feyenoord” (Niderland) - “Salzburq” (Avstriya) - 1:3

00:00. “Srvena Zvezda” (Serbiya) - “Barselona” (İspaniya) - 2:5

00:00. “Sparta” (Çexiya) - “Brest” (Fransa) - 1:2

00:00. “Ştutqart” (Almaniya) - “Atalanta” (İtaliya) - 0:2

Chosen
40
90deqiqe.az

1Sources