EN

Makron Trampı TƏBRİK ETDİ

Fransa Prezidenti Emmanuel Makron Donald Trampı Prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, Makron təbrik məqsədilə Trampa zəng edib.

Tərəflər sülhün və sabitliyin bərpası maraqları naminə əməkdaşlıq etmək barədə razılığa gəliblər. 
 

Makron Avropanın rolunun vacibliyini vurğulayıb və Trampa 2025-ci il yanvarın sonunda ABŞ-ın yeni seçilmiş prezidenti vəzifəsinin icrasına başladıqdan sonra münaqişələrin həlli üçün işləməyə hazır olduğunu deyib.


Qeyd edək ki, ötən gün ABŞ-də keçirilən prezident seçkilərində Donald Tramp qalib gəlmək üçün tələb olunandan daha çox səs (277) toplayıb.

Bizim.Media

Chosen
38
16
bizim.media

10Sources